Roman Abramoviç növbəti dəfə "Çelsi" üçün gələn təklifi rədd edib.
Offsideplus.az "Wall Street Journal"a istinadla xəbər verir ki, ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən olan Todd Boeli İngiltərə təmsilçisi "Çelsi"ni almaq istəyib. 46 yaşlı biznesmen bununla əlaqədar "zadəganlar"ın sahibi Roman Abramoviçə ünvanladığı təklif geri çevrilib.
Abramoviçin 2013-cü ildə aldığı "Çelsi"ni azı 3 milyard dollara satmaq niyyətində olduğu bildirilir.