"Çelsi"nin futbolçusu David Luis yenidən zədələnib.

Offsideplus.az xəbər verir ki, dizindən zədə alan braziliyalı müdafiəçinin bu ay oynamayacağı bildirilib. Onun "Vest Hem"ə qarşı aprelin 8-i keçiriləcək matça kimi məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, D.Luis 2016-cı ildən "Çelsi"də oynayır.