"Liverpul" klubunda noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Sadio Mane 1-ci olub. 27 yaşlı oyunçu səsvermədə Vircil van Deyk və Fabinyonu qabaqlayıb.
Qeyd edək ki, Mane ötən ay 6 matçda 3 qol vurub, 1 qolun ötürməsini verib.