"Mançester Yunayted" klubunun fransalı futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" ilə oyunu da buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib. O, fransalı yarımmüdafiəçinin bərpa müddətinin davam etdiyini söyləyib.

 

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" görüşü sabah keçiriləcək.