Tarixi stadionu "Enfild"i yeniləyəcəyini açıqlayan "Liverpul" planlara aid fotoları yayımlayıb.
Offsideplus.az xəbər verir ki, klub yaydığı açıqlamada stadionun azarkeş tutumunun 54 mindən 61 minə artırılacağını bildirib.
Klub stadionun restavrasiyasına 70 milyon avro vəsait xərcləyəcək.
"Avropanın ən yaxşı futbol təcrübəsi" hədəfi ilə hazırlanan plana konsertlər, böyük tədbirlər, Amerika futbolu başda olmaqla bir sıra idman tədbirlərinə ev sahibliyi etmək də daxildir.
2014-cü ildə azarkeş tutumu 4 min artırılan plan rəhbərliyi qane etmədiyi üçün yenidən hazırlanıb.
Stadionun yeni durumuna aid fotoları izləyən baş məşqçi Yurqen Klopp: "Fotoları gördükdən sonra stadionun yaxşı görünəcəyini deyə bilirəm. Məni xoşbəxt edən klubun hər zaman inkişafa yönələn addımlar atmasıdır. Belə ikonik məkanı daha çox insan üçün əlçatan hala gətirmək planı möhtəşəmdir" deyə bildirib.