"Real"ın hücumçusu Qaret Beylin "Tottenhem"ə dönüşü baş tutmayacaq.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu Londona qayıtmaq fikrində deyil.
"Tottenhem"ə yeni baş məşqçi təyin edilən Joze Mourinyonun ilk tələbi keçmiş yetirməsinin alınması olub. Ancaq Uels millisinin üzvü bu təklifə "yox" cavabı verib. Beyl "Real" rəhbərliyi tərəfindən transferə çıxarılsa da, komandada qalmaq niyyətindədir.
Qeyd edək ki, Qaret Beyl "Real"a 2013-cü ildə məhz "Tottenhem"dən keçib.