"Mançester Yunayted" klubunun zədəli futbolçusu Pol Poqbanın bərpa müddəti davam edir.
Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin ayağından gips artıq çıxarılıb. Onun İngiltərə Premyer Liqasında dekabrın 7-i keçiriləcək "Mançester Siti"yə qarşı matça kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, Poqba avqustun 31-də, Premyer Liqanın 4-cü turunda “Sauthempton”la oyunda (1:1) zədələnmişdi.