““Mançester Siti”də hər şey yaxşıdır. Bir neçə xal itirdik, amma "Mançester Yunayted", "Tottenhem" və "Çelsi"nin nəticələri bizə kömək etdi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sky Sports"a açıqlamasında "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola deyib.

Çempionluq yarışındakı rəqibləri haqda danışan ispan mütəxəssis "Çelsi"nin baş məşqçisi Antonio Kontenin işini yüksək qiymətləndirib:

"Kontenin İngiltərə Premyer Liqası üçün etdiklərini heç də hər kəs başa düşmür. Onun komandası arxa xəttdən 5 oyunçu ilə hücum edir. Bu, "Arsenal" da daxil omaqla, bir çox komandaların uyğunlaşmağa çalışdığı fərqli sistemdir. Konte taktika ustasıdır. O, İtaliya millisi və "Yuventus"da qeyri-adi, təəccüblü işlər gördü. Düşünürəm ki, Antonio ingilis futbolunda da iz qoyacaq. Hətta buna əminəm".

Mənbə: Qol.az