İngiltərə Premyer Liqasının rəhbərliyi videotəkrar sistemində dəyişiklik etməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, növbəti həftə çempionatda iştirak edən klublarla görüş keçirilib, müzakirələr aparılacaq. Təklif olunan variantlardan biri digər idman növlərində olduğu kimi baş məşqçiyə videotəkrarara müraciət etmək hüququnun verilməsidir.
Eyni zamanda dəyişikliklərin nə dərəcədə radikal olacağı bəlli deyil. Bəzi klub rəhbərləri müsahibələrində yeniliklər tətbiq olunmasını tələb edirlər. Hətta bir nəfər VAR-ın təkmilləşmə müddətində tətbiqinin dayandırlmasını istədiyini dilə gətirib.
Liqa rəhbərliyi dəyişikliklərə qarşı deyil, bununla yanaşı VAR-ın işinin dayandırılması ilə bağlı keçiriləcək sorğunun əleyhinə çıxış edəcək, həmçinin 3 məşqçi ideyasını dəstəkləməyəcək. Rəhbərlik bunun çox vaxt aparacağını düşünür.
Təlimatlara dəyişikliklərdən biri birinin indi ilə müqayisədə hakimlərin videotəkrara daha çox müraciət etməsi ilə bağlı olacağı gözlənilir.