İngiltərənin "Çelsi" klubu "Latsio"nun formasını geyinən Sergey Milinkoviç-Saviçlə maraqlanır.

Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, "zadəganlar" Serbiya millisinin üzvü transferi üçün yüksək məbləğ ödəmək fikrində deyil. "Çelsi" 60 milyon avroya transferi reallaşdırmaq istəyir, İtaliya klubu isə futbolçu üçün 90 milyon avro tələb edir.

24 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted", "Yuventus" və "İnter" klubların da maraq dairəsindədir.