“Arsenal”ın futbolçusu Aleksandr Lakazettin sosial şəbəkədə bəyəndiyi paylaşım narazılığa səbəb olub.

Offsideplus.az xəbər verir ki, fransız hücumçu, “instagram”da “Arsenal”ın baş məşqçisi Unay Emeri və kapitan Qranit Cakanın əleyhinə edilən paylaşımı bəyənib.

“Troopzafc” istifadəçi adı olan bir “Arsenal” azarkeşi “Kristal Pelas”la oyundan (2:2) sonra “instagram”da Emerinin komandadan göndərilməsini və Cakanı bir daha “topçular”ın formasında görmək istəmədiyini yazıb. Lakazettin bu paylaşımı bəyənməsi İngiltərədə söz-söhbətə səbəb olub.

Lacazette 'liked' the critical social media post