İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane açıqlama verib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, seneqallı hücumçu, bir müddət əvvəl “qırmızılar”ın digər futbolçusu Məhəmməd Salahla aralarında yaranan problemlə bağlı danışıb:

“Bu, anlaşılmazlıq idi. Sadəcə komandaya kömək etmək istədim. “Mançester Siti” kimi komandalara fikir verirəm, bəzən bir oyunda 5-6 qol vururlar. Düşünürəm ki, qarşılaşmada daha çox qol vurmaq mümkündürsə, bunu etməliyik. Həmin oyunda da bu məsələyə görə məyus oldum. Salahla danışdıq və hazırda hər şey əvvəlki kimidir. Bir-birimizlə danışdıqdan sonra baş məşqçi Yurgen Klopp məni yanına çağırdı, mən isə ona artıq məsələnin həll olunduğunu bildirdim. Komanda olaraq hər zaman Salahın yanındayıq, onunla heç bir problemim yoxdur”.

“Liverpul”un “Bernli” ilə oyununda (3:0) Mane ona ötürmə verməyən Salaha sərt reaksiya göstərmişdi. (Komanda.az)