“Pol heç yerə getmir və burada qalır”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer futbolçuları Pol Poqbanın “Real”a keçəcəyi haqda xəbərlərə münasibət bildirərkən deyib.

“O, çox işləyir və “MY”yə bağlıdır. Biz bunu görmüşük. Zədəli olduğu vaxt formaya düşmək üçün dəlicəsinə çalışırdı. Çünki komandasına kömək etmək və oynamaq istəyir. Burada Pol xoşbəxtdir” – deyə norveçli mütəxəssis bildirib.(qol.az)