“Tottenhem” klubu yarımmüdafiəçisi Kristian Eriksenə yeni müqavilə təklif edib.
Offsideplus.az xəbər verir ki, danimarkalı futbolçu London klubunun bu təklifindən imtina edib. 29 yaşlı futbolçu yayda “Tottenhem”i tərk etməyə hazırlaşır. Bu üzdən də o, indiki klubunun bütün təkliflərini geri çevrir.
Qeyd edək ki, 2013-cü ildə yetirməsi olduğu “Ayaks”dan London klubuna keçən Eriksenin “Tottenhem”lə mövcud müqaviləsinin müddəti 2020-ci ilin yayında bitəcək.