“Çelsi” klubu futbolçusu Timue Bakayokonu “Monako”ya icarəyə verib. 

Offsideplus.az xəbər verir ki, “Monako” 25 yaşlı fransalı yarımmüdafiəçiyə görə qarşı tərəfə 2,5 milyon avro ödəyib. Oyunçu ilə birdəfəlik almaq bəndi də daxil olmaqla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bakayoko ötən mövsümü icarə əsasında “Milan”da çıxış edib.