İngiltərə Futbol Assosiasiyası “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya qarşı iş açıb.

Offsideplus.az xəbər verir ki, Qvardiola assosiasiyanın qaydalarını pozmaqda ittiham olunur. O, sarı lent taxdığı üçün ittihama tuş gəlib.

Assosiasiya Pepin sarı lent taxmasını reklam qaydalarının pozulması və siyasi çağırış kimi qəbul edir. İttihamlara cavab vermək üçün Qvardiolanın martın 5-nə qədər vaxtı var.

Qvardiola sarı lenti Kataloniyanın müstəqilliyi uğrunda mübarizə aparan və həbs edilən siyasilərə dəstək üçün taxır.