"Mançester Yunayted"in hücumçusu Aleksis Sançes İtaliyaya köçməyə hazırlaşır.

30 yaşlı forvard "İnter"ə keçmək üzrədir.

"Roma"nın hücumçusu Edin Dzekodan əli üzülən milanlılar çilili futbolçu üçün danışıqları intensivləşdirib. Hətta keçidin qarşıdakı 48 saat ərzində rəsmiləşməsi gözlənilir. "İnter" Sançesi icarəyə götürmək və gələn il birdəfəlik transfer etmək niyyətindədi.

İcarə müqaviləsi olaraq "qırmızı şeytanlar"ın 15 milyon avro qazanması gözlənilir.