"Arsenal" klubundan ayrılan Denni Uelbekin yeni klubu müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını "Uotford"da davam etdirəcək. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, D.Uelbek 2014-cü ildən bu ilin mayına kimi "Arsenal"da oynayıb. Onun London klubu ilə müqaviləsinin müddəti ötən mövsümün sonu başa çatıb.