“Yuventus” klubunun xorvatiyalı hücumçusu Mario Mandzukiç “Mançester Yunayted”ə keçməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki,  forvardın “mankunyanları”n təklifini qəbu etdiyi bildirilir. Onunla 2 illik müqavilə imzalanacağı və illinə 6 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 2015-ci ildə “Atletiko”dan Turin klubuna keçən Mandzukiç ötən mövsüm A Seriyasında 25 oyuna 9 vurub, 6 məhsuldar ötürmə edib. Onunla "Everton" və "Bavariya" da maraqlanır.