"Barselona" klubunun braziliyalı futbolçusu Filipe Koutinyo karyerasını "Arsenal"da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, yaxın vaxtlarda iki klubun nümayəndələri arasında görüş keçiriləcək. Görüş zamanı transfer şərtləri müzakirə olunacaq.
Qeyd edək ki, "Barselona" braziliyalı yarımmüdafiəçinin təzminat qiymətini 100 milyon avroya endirib. Kataloniya təmsilçisinin 27 yaşlı oyunçunu 25-30 milyon avroya icarəyə göndərməyə də hazır olduğu bildirilib.