"Bavariya" klubu "Mançester Siti"nin futbolçusu Leroy Sane üçün rəsmi danışıqlara başlayıb. 

Offsideplus.az xəbər verir ki, Münhen klubunun idman direktoru Hasan Salimoviç İngiltərə təmsilçisinin nümayəndələri ilə transferi müzakirə etmək üçün görüşüb.

"Bavariya"nın alman yarımmüdafiəçiyə həftəsinə 200 min funt sterlinq ödəməyə hazır olduğu iddia olunub.