“Kristal Palas”ın yarımmüdafiəçisi Vilfrid Zaha yayda klubunu dəyişə bilər.
Offsideplus.az Azərtac-a istinadən xəbər verir ki, gənc futbolçunu “Tottenhem” heyətində görmək istəyir. London klubuna bu baxımdan “Mançester Siti” və “Çelsi” problem yarada bilər.
Zahanın transfer qiyməti 50 milyon funt-sterlinq təşkil edir.
Qeyd edək ki, “Kristal Palas”ın yetirməsi olan 25 yaşlı futbolçu 2013-cü ildə “Mançester Yunayted”ə transfer olsa da, burada cəmi 4 oyuna çıxmış və yenidən öz komandasına icarəyə göndərilmişdi. 2015-ci ildə isə “Kristal Palas” yenidən Zahanın transfer hüququna yiyələnmişdi.