Fransa millisinin heyətində ötən ay zədələnən “Çelsi”nin futbolçusu Nqolo Kante sağalıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Frenk Lempard klubun saytına açıqlamasında deyib. O, Kantenin ciddi probleminin qalmadığını və bu həftədən fərdi məşqlərə başlayacağını bildirib.

Kante ötən ay, Fransa millisinin düşərgəsində olarkən dizindən zədələnmişdi.