"Mançester Yunayted" klubu futbolçusu Xuan Mata ilə müqavilənin müddətini uzadıb. 

Offsideplus.az xəbər verir ki, ispan yarımmüdafiəçi ilə 2+1 illik yeni müqavilə imzalanıb.

 

Qeyd edək ki, X.Mata 2014-cü ildən Mançester təmsilçisinin şərəfini qoruyur. O, indiyə kimi burada oynadığı 218 matçda 45 qol vurub, 37 qolun ötürməsini verib.