"Çelsi" klubu baş məşqçisi Mauritsio Sarrinin "Yuventus"a keçidinə razılıq verib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında bütün detallar razılaşdırılıb. Turin klubunun qarşıdakı həftə Sarrinin təyinatını açıqlayacağı gözlənilir. İngilislərin təcrübəli çalışdırıcı üçün "qoca sinyora"dan təzminat tələb edib-etməyəcəyi hələlik bilinmir. Sadəcə, London klubunun baş məşqçinin gedişinə mane olmayacağı deyilir. Rəhbərlik yenidən İtaliyada işləmək istəyən mütəxəssisi İngiltərədə qalmağa məcbur etmək niyyətində deyil.
Qeyd edək ki, Sarri "Çelsi"yə ötən ilin yayında "Napoli"dən keçmişdi.