“Arsenal” fransız hücumçunu heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, “Lion”un hücumçusu Nabil Fekir İngiltərə təmsilçisinin maraq dairəsinə düşüb.

“Topçular” Fransa yığmasının üzvünü mövsümün sonunda heyətinə qatmaq niyyətindədir. İndidən qarşı tərəflə danışıqlara başlayan London klubrunun rəhbərliyi 25 yaşlı futbolçu görə 51 milyon avro xərcləməyə hazırdı.

İngilislər bu keçidi DÇ-2018-in startına qədər həyata keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Fekir 2013-cü ildən əsas komandada oynayır.