"Mançester Yunayted" klubunun ispan futbolçusu Xuan Mata klubunun yeni müqavilə təklifini rədd edib. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi 1+1 illik təklifə müsbət cavab verməyib. Onun 2 illik müqaviləyə qol çəkmək istədiyi bildirilib.

Bu səbəbdən tərəflər arasında danışıqlarda razılıq əldə olunmur.