"Krılya Sovetov"un yarımmüdafiəçisi Aleksandr Səmədov Avropa Liqasının finalında görmək istədiyi komandaların adlarını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, 2 gün öncə Avroliqanın Bakı finalının səfirlərindən biri seçilən azərbaycanlı futbolçu paytaxtımızdakı həlledici görüşdə İngiltərənin "Arsenal" və "Çelsi" klublarının qarşılaşmasını istədiyini bildirib:

"Avroliqanın oyunlarını izləyirəm. İngilis finalı görmək istərdim. "Çelsi"ya azarkeşlik edəcəyəm".

Qeyd edək ki, Avroliqanın yarımfinalında "Arsenal" "Valensiya", "Çelsi" isə "Ayntraxt"la qarşılaşacaq.(qol.az)