İngiltərə Peşəkar Futbolçular Assosasiyası ölkədə ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinq, “Liverpul”dan Vircil van Dayk və Sadio Mane, “Çelsi”dən isə Eden Hazarddır.

Qeyd edək ki, qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanacaq.