"Liverpul"un futbolçusu Sadio Mane İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az-ın liqanın saytına istinadən yaydığı xəbərə görə, o, səsvermədə Şeymus Koulman ("Everton"), Endryu Robertson ("Liverpul"), Bernardu Silva ("Mançester Siti"), Ceymi Vardi ("Lester") və Ceyms Uord-Prausu ("Sauthempton") qabaqlayıb.
Qeyd edək ki, Mane ötən ay üç qolun müəllifi olub.