"Liverpul" mövsümün sonunda "Real"a transfer olunması gözlənilən Sadio Maneyə əvəzləyici tapıb.

Offsideplus.az  xəbər verir ki, "qırmızılar" hazırda "Lion"da çıxış edən Mempis Depayı transfer siyahısına salıb. 
2015-ci ildə PSV-dən 34 milyon avroya "Mançester Yunayted"ə transfer olunan Qana əsilli hollandiyalı futbolçu ümidləri doğrultmamışdı. Lui van Qaaldan sonra "qırmızı-şeytanlar"a rəhbərlik edək Joze Mourinyonun etimadını qazana bilməyən 25 yaşlı forvard 2017-ci ildə 16 milyon avroya "Lion"a satılmışdı. 
"Liverpul"un məşqçilər korpusu Liqa 1-də indiyədək keçirdiyi 80 oyunda 30 qol vuran Depayın kifayət qədər təcrübə yığdığını və böyük klubda oynamağa hazır olduğunu düşünür.
Qeyd edək ki, Depay cari mövsümdə forma geyindiyi 40 rəsmi oyunda 8 qola imza atıb və 14 məhsuldar ötürmə verib. Sadio Mane isə 40 rəsmi matçda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.