"Real" "Tottenhem"in yarımmüdafiəçisi Kristian Erikseni transfer etməkdə israrlıdır.
Offsideplus.az xəbər verir ki, klublar arasında danışıqlara artıq start verilib.
Vaxtilə Luka Modriçi 35, Qaret Beyli isə 101 milyon avroya "Real"a satan London təmsilçisi Danimarka millisinin üzvünün keçidinin də əleyhinə deyil. Lakin ingilislər bu keçid müqabilində 150 milyon avro tələb edib. Əgər "kral klubu" bu məbləği ödəməyə razılıq versə, mövsümün sonunda transfer reallaşacaq.
Belə olarsa, Eriksen PSJ-nin futbolçuları Neymar (222 milyon avro) və Kilian Mbappedən (180) sonra dünyanın ən bahalı 3-cü transferi olacaq.(matc.az)