“Mançester Yunayted” rəhbərliyi komandanın fransalı yarımmüdafiəçisi Pol Poqba ilə bağlı qərarını verib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 26 yaşlı futbolçu üçün mövsümün sonunda gələcək bütün təkliflərdən imtina edəcək. Bundan başqa, futbolçu ilə 2021-ci ildə başa çatacaq müqavilədə dəyişiklik edilərək, müddətinin daha 1 il uzadılacağı bildirilir.

Poqba ilə “Real”, “Barselona”, “Yuventus” kimi klubların maraqlandığı deyilir.

2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə transfer olunan fransalı futbolçu, bu mövsüm iştirak etdiyi 37 oyunda 14 qol vurub.