"Mançester Yunayted" klubunun futbolçusu Xuan Mata klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bu mövsümün sonu başa çatan müqavilənin müddətini uzatmaq istəməyib. Buna səbəb yeni təklifin 1 illik olmasıdır. İspan oyunçunun daha uzunmüddətli müqavilə təklifi şərti ilə "MY"da qala biləcəyi iddia olunub.
Qeyd edək ki, X.Mata bu mövsüm Premyer Liqada 18 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.