“Arsenal” hücumçu Lakazettin zədələsi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu 6 həftə meydandan kənarda qalacaq.

Onun dizindən aldığı zədənin ciddi olduğu bildirilir.

Qeyd edək ki, ötən mövsüm “Lion”dan “Arsenal”a keçən futbolçu 29 oyuna 9 qol vurub.