“Liverpul” İngiltərə Premyer Liqasının 31-ci turunda “Fulhem”i məğlub edib.
Offsideplus.az “Opta” saytına istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə “Liverpul”un futbolçusu Sadio Mane yeni uğura imza atıb.
Görüşdə hesabı açan Mane, bu mövsüm Premyer Liqada qollarının sayını 17-yə çatdırıb. O, bununla da, Premyer Liqada bir mövsümdə ən çox qol vuran seneqallı futbolçu ünvanını qazanıb.
Manedən əvvəl seneqallı Demba Ba “Nyukasl”ın heyətində, 2011/12 mövsümündə 16 qol vurmuşdu.