"Mançester Yunayted" "Barselona"nın futbolçusu İvan Rakitiçi transfer etmək fikrindən daşınıb.
Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu xorvatiyalı yarımmüdafiəçi üçün Kataloniya təmsilçisi ilə danışıq aparmayacaq. Buna səbəb "MY"nın oyunçusu Pol Poqbanın yayda klubdan ayrılmamağıdır.
Fransalı oyunçunun klubda qalacağına əmin olan Premyer Liqa təmsilçisi yarımmüdafiə xəttinə yeni futbolçu cəlb etməyə ehtiyac duymayıb.