“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana maraqlı paylaşımla diqqət çəkib.
Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, Premyer Liqanın XXVII turunda “Sauthempton”la səfər qarşılaşmasından sonra ulduz futbolçu instaqram səhifəsində ayaqlarının şəklini paylaşıb.
Maraqlıdır ki, fotoda 30 yaşlı hücumameylli oyunçunun barmaqlarının donduğu görünür. Lallana da “Donu açılan ayaqlar üçün məsləhətiniz varmı” sualı ilə izləyicilərindən kömək istəyib. Şaxtalı havada barmaqları donan İngiltərə millisinin üzvü dünənki görüşün son 11 dəqiqəsində meydanda olub. İzləyicilərindən bəziləri ona corab geyinməyi, bəziləri ilə ayaqlarına diş pastası sürtməsini məsləhət görüblər.
Qeyd edək ki, “Liverpul” səfərdə 2:0 hesabı ilə qələbə qazanıb.