"Mançester Yunayted" klubunun gənc futbolçusu Markus Reşford zədəsini sağaldıb.
Offsideplus.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Ola-Qunner Sulşer məlumat verib. O, 21 yaşlı hücumçunun Premyer Liqanın 29-cu turunda "Sauthempton"la matça hazır olduğunu bildirib.
Qeyd edək ki, M.Reşford zədə səbəbindən "Kristal Pelas"la görüşü buraxıb.