"Çelsi”nin baş məşqçisi Mauritsio Sarri İngiltərə Liqa Kubokunun finalında yaşananlara aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis BBC-yə açıqlamasında dünənki matçda 24 yaşlı qolkiper Kepa Arrisabalaqanın əvəzlənməkdən imtina etməsinə şərh verib:
"Vəziyyəti düz başa düşmədim. Həkim texniki zonaya qayıdana qədər nə baş verdiyini anlamamışdım. Elə bilirdim ki, qapıçının ayağında yaranan problem onun penalti seriyalarına qalmasına imkan verməyəcək. Niyə tunelə getdim? Sakitləşmək üçün. Kepayla sonra danışdıq. O elə bilib ki, mən fiziki durumuna görə dəyişiklik etmək istəyirəm. Haqlı idi...”
Qeyd edək ki, penaltilər seriyasında "Mançester Siti” 5 cəhddən 4-nü düzgün yerinə yetirərək "Çelsi”yə qalib gəlib.