İngiltərə çempionu “Mançester Siti” fransalı futbolçusu Aymerik Laporte ilə müqavilənin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı anlaşmanın müddəti 2025-ci ilə qədər artırılıb.
24 yaşlı müdafiəçi 2018-ci ildən “Mançester Siti”də forma geyinir. Fransalı futbolçu Premyer Liqa nəhənginə 65 milyon avroya Bilbao “Atletik”indən transfer olunub.