“Mançester Siti”nin hücumçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Şalke” ilə oyunda hesabı açıb.
Offsideplus.az-ın məlumatına görə, bu, argentinalı futbolçunun qitənin ən nüfuzlu klub turnirində vurduğu 34-cü qol olub.
Bununla da Kun ÇL-də ən çox qol vuran avropalı olmayan oyunçuların sıralamasında 3-cü pilləyə yüksəlib. O, Kavani ilə qollarının sayını bərabərləşdirib. İlk iki sırada isə Lionel Messi (106) və Didye Droqba (44) qərarlaşıb.
Bundan başqa Aquero son 7 qarşılaşmada 10 qol vuraraq daha bir uğura imza atıb.