Yayın transfer bombası olacaq keçid "Yuventus"la "Liverpul" arasında razılaşdırılıb.
Offsideplus.az İtaliya mediasına istinadən xəbər verir ki, Məhhəməd Salahı istəyən Turin klubu "Liverpul"la razılığa gəlib. Anlaşmaya əsasən, Turin klubu ingilislərin Salahın qarşılığından Paulo Dibala + 50 milyon avro tələbini qəbul edib.
Dibalanın transfer qiymətinin 75 milyon avro olduğunu nəzərə alsaq, Salahın keçidi 125 milyon avroya başa gələcək. Amma bundan əvvəl "Tuttosport" Dibalanın bu transferə daxil olmayacağını və "Yuventus"un misirli ulduz üçün "Liverpul"a 160 milyon avro ödəyəcəyini yazmışdı.