"Mançester Yunayted" futbolçusu Markus Reşfordla yeni  müqavilə imzalamaq üçün danışıqlar aparır.

Offsideplus.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, İngiltərə klubu 21 yaşlı hücumçu ilə 2020-ci ildə başa çatacaq müqaviləni daha uzunmüddətli etmək istəyir. "MY"nın ingilis oyunçunu maaşını iki  dəfə artımağa hazır olduğu bildirilir. O, yeni müqavilə təklifini qəbul etsə, həftəsinə 150 min funt-sterlinq (təqribən 170 min avro) qazanacaq.

Qeyd edək ki, Reşford bu mövsüm Premyer Liqada 22 matçda 9 qol vurub, 6 qolun ötürməsini verib.