“Mançester Siti” yayda heyətinə yeni oyunçu cəlb edəcək.
Offsideplus.az xəbər verir ki, “şəhərlilər” artıq bununla bağlı ilkin razılaşmaya imza atıblar.
Belə ki, Britaniya mətbuatında yer alan xəbərlərdə bildirilib ki, komanda qışda transfer etmək istədiyi “Şaxtyor”un yarımmüdafiəçisi Fredi yayda alacaq.
Bununla bağlı Donetsk təmsilçisi ilə ilkin razılıq əldə olunub. Bu transfer üçün “Mançester Siti” 44 milyon 500 min funt sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, Fred 2013-cü ildən “Şaxtyor”da oynayır. “Mançester Siti” oyunçunu bu qış almaq istəsə də, Ukrayna klubu bu transferə razılıq verməmişdi.
Mənbə: Apasport.az