“Arsenal” ciddi itkiylə üzləşib.

Offsideplus.az xəbər verir ki, “topçular”ın müdafiəçisi Sokratis Papastatopulos zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yunan futbolçunun sol ayaq biləyindən zədələndiyi və 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Sokratis bu mövsüm “Arsenal”ın heyətində 24 qarşılaşmada iştirak edib.