Hazırda “Mançester Yunayted”də forma geyinən Pol Poqbanın gələcək karyerası ilə bağlı açıqlama verilib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun qardaşı Florentin Poqba, qardaşının ya “Barselona”ya, ya da “Real”a transfer olacağını deyib:

“Pol Poqba “Mançester Yunayted”dən ayrılanda, “Mançester Siti”, “Real” və “Barselona” kimi seçimləri olacaq. “Mançester Siti”yə getməyəcəyi dəqiqdir. Ona görə də, ya “Barselona”ya, ya da “Real”a transfer olacaq”.

“Qırmızı şeytanlar”la 2021-ci ilədək müqaviləsi olan fransalı futbolçu, bu mövsüm iştirak etdiyi 27 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə verib.