“Mançester Siti”nin futbolçusu Marlos Moreno karyerasını Meksikada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu “Santos Laquna”ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Moreno mövsümün sonuna qədər icarə əsasında Meksika təmsilçisində çıxış edəcək.