“Mançester Yunayted”in futbolçusu Ander Herrera hakim qarşısına çıxacaq.
Offsideplus.az xəbər verir ki, by barədə məlumatı İspaniya mətbuatı yayıb. İspan futbolçu 2011-ci ildə keçirilmiş “Saraqosa” - “Levante” oyununun nəticəsini əvvəlcədən müəyyənləşdirməkdə ittiham olunur. Futbolçu ona qarşı olan ittihamları rədd edir.
Xatırladaq ki, həmin oyun 2:1 hesabıyla “Saraqosa”nın qələbəsi ilə yekunlaşmış, nəticədə, “Deportivo” aşağı liqaya düşmüşdü. Məhkəməyə Herreranın həmin oyundan sonra klubdan külli miqdarda pul aldığı məlumdu. Futbolçunun bu pulları nəğdə çevirərək, “Levante”nin oyunçularına payladığı iddia olunur.
Herrera İspaniyada "Saraqosa" və "Atletik"in (Bilbao) formasını geyinib.