Bir müddət əvvəl MLS təmsilçisi “Los Anceles Qalaksi”ylə yollarını ayıran Eşli Koul karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Çempionşip təmsilçisi “Derbi Kaunti” 38 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Frenk Lempardın rəhbərlik etdiyi “Derbi Kaunti”nin ingilis futbolçuyla ilkin razılıq əldə etdiyi bildirilir. Hazırda azad agent status daşıyan Koulun, “Çelsi”də bir vaxtlar birgə oynadığı Lempardla görüşdüyü və Çempionşip klubuna keçməyə müsbət yanaşdığı qeyd olunub.

Lempard və Koul 2006-2014-cü illər aralığında “Çelsi”də birgə top qovub. 

Lempard 2018-ci ilin yayından “Derbi Kaunti”ni çalışdırır.